Türkiyənin Antalya şəhərində G1 kateqoriyalı "Turkish Open" beynəlxalq turnirdə Azərbaycan milli komandasının 20 taekvondoçusu çıxış edib.
Offsideplus.az xəbər verir ki, onlardan 6-sı qadın, 14-ü kişi olub. Kişilərdən Milad Beigi Harçeqani 80 kq çəki dərəcəsində, qadınlardan isə Patimat Abakarova 53 kq çəki dərəcəsində rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qaşım Maqomedov (58 kq) və Radik İsayev (+87 kq) isə yalnız finalda uduzublar.
Məhəmməd Məmmədov (68 kq) və Ramin Əzizov (87 kq) isə yarışı yarımfinal mərhələsində başa vurub.
Beləliklə, 51 ölkədən 1615 idmançının qatıldığı sayca 6-cı beynəlxalq turnirdə Azərbaycan millisi 2 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib.