Bu gün DÇ-2022-də yarımfinalın daha bir cütü müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, günün ilk matçında 1/8 finalda İspaniyanı mübarizədən kənarlaşdıraraq sürprizə imza atan Mərakeş yığması Portuqaliya ilə üz-üzə gəlib. Afrikalılar bu dəfə də hamını təəccübləndirməyi bacarıb. Yusuf En Nesirinin qolu ilə rəqibini minimal hesabıa məğlub edən Mərakeş adını yarımfinala yazdırıb.
Mərhələsin son marçında kubokun hazırkı sahibi Fransa İngiltərə ilə üz-üzə gəlib. 3 qolun vurduğu qarşılaşmada "üçrənglilər" qalib olub - 2:1.
Beləliklə DÇ-2022-nin yarımfinalında Xorvatiya Argentina ilə, Fransa isə Mərakeşlə üz-üzə gələcək.
10 dekabr
DÇ-2022, 1/4 final mərhələsi