"Əl Nəsr" klubu baş məşqçisi Rudi Qarsiya ilə vidalaşacaq.
Offsideplus.az xəbər verir ki, klub ispaniyalı mütəxəssisi qovacaq. Səudiyyə Ərəbistanı təmsilçisi baş məşqçidən razı deyil. Qarsiyanın Kristiano Ronaldo daxil olmaqla, komandanın əsas futbolçuları ilə yaxşı münasibətdə olmadığı bildirilir.
"Əl-Nəsr" Qarsiyanı istefaya göndərmək və ya 2 oyunluq şans vermək barədə düşünür.