"Barselona" "Ayaks"ın ulduzu Sebastyan Halleri qışda heyətinə qatmağı planlayacaq.

 Offsideplus.az xəbər verir ki,  Kataloniya təmsilçisi 27 yaşlı fildişi sahilli oyunçuya yanvarda təklif göndərəcək.

Hallerin Amsterdam klubuyla sözləşməsi 2025-ci ildə başa çatır.

Qeyd edək ki, Haller bu mövsüm paytaxt təmsilçisiylə 21 maçta 19 qol və 6 məhsuldar ötürmə edib.