Bakı Kəndlər Futbol Federasiyasının (BKFF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Futbol Federasiyaları Assosasiyasının dəstəyi ilə keçirilən futbol üzrə "Banişevski Kuboku"nda üçüncü turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, A qrupunda "Cürət 2021" komandası "Moskovski"yə 5:3 hesabı ilə qalib gəlib. "Gənclər FM" isə 1:3 hesabı ilə "İCBFA"a uduzub.

B qrupunda  "Dirçəliş"  "Mübariz Binə" üzərində 2:1 hesablı qələbə qazanıb.  "Çinar Zəngilan" isə "Balaxanı" komandasını darmadağın edib: 8:1.

 

A qrupu

Cürət 2021 5-3 Moskovski
İCBFA 3-1 Gənclər FM

B qrupu

Çinar Zengilan 8-1 Balaxanı FK

Mübariz Binə 1-2 Dirçəliş FK

 

Yarımfinal:

Dirçəliş - Cürət 2021

İCBFA - Çinar Zengilan

 

WhatsApp Image 2021 08 05 at 14.35.12

 

WhatsApp Image 2021 08 05 at 14.35.12 1