Finlandiya ilə oyunda huşunu itirərək yerə yıxılan Kristian Eriksenin futbolçu karyerasını davam etdirəcəyi şübhə altındadır.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı danimarkalı futbolçunun sağlamlıq durumunun yaxşılaşmasından sonra hamının ağlına bir sual gəlir: "Karyerasını davam etdirəcək?". Bu barədə futbolçunun "Tottenhem"dəki həkimi Sancay Şarma hər kəsi kədərləndirəcək açıqlama verib:

"Heç bir tibb doktoru Eriksenin yenidən futbol oynamasına icazə verməz. Aydındır ki, orada düzgün olmayan şeylər baş verdi. Amma onu həyata qaytarmağı bacardılar. Əsas sual budur: Nə və niyə baş verdi".