Türkiyə millisinin və "Feyenoord"un futbolçusu Orkun Can Kökçüdə COVID-19 virusu aşkarlanıb.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə 20 yaşlı yarımmüdafiəçi özü açıqlama verib. O, bildirib: "Təəsüf ki, koronovirus testimin cavabları müsbət çıxdı. Ən qısa zamanda meydanlara qayıdacağıma ümid edirəm".

Bununla da Türkiyə millisinin tərkibində koronavirusa yoluxanların sayı 16-ya çatıb.

Qeyd edək ki, Orkun Kökçü Azərbaycanın U-21 millisinin üzvü Ozan Can Kökçünün qardaşıdır.