Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın "Finiks Rayzinq" klubu USL çempionatında növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, "Las-Veqas Layts" klubu ilə oyun 3:3 hesablı bərabərliklə yekunlaşıb.
Bütün oyunu meydanda keçirən Rüfət Dadaşov 5-ci dəqiqədə hesabı açıb. Bu Rüfətin ABŞ-da altıncı qolu olub.
Qeyd edək ki, "Finiks Rayzinq" 9 turdan sonra 20 xalla B qrupunda liderdir.