Ukraynanın Milli Antidopinq Mərkəzi Donetsk “Şaxtyor”un futbolçusu ilə bağlı yekun qərarını açıqlayıb.
Offsideplus.az Goal.az-a istinadən xəbər verir ki, Donetsk təmsilçisinin müdafiəçisi Dario Srna ötən il dopinqdə “ilişmişdi”.
Sözügedən qurum Srnanın 17 aylıq futboldan kənarlaşdırılmasına qərar verib.
O, səhvini hələ ötən ilin sentyabr ayında etiraf etmiş və bu komandada məşqlərini dayandırmışdı. Bu üzdən də cəza həmin dövrdən hesablanmağa başlayıb. Belə olan halda Srnanın cəzası 2018-ci ilin 22 avqustunda başa çatacaq.
Reqlamentə əsasən, o, cəzasının bitməsinə 2 ay qalmış, yəni iyunun 22-dən etibarən “Şaxtyor”un heyətində məşqlərini bərpa edə biləcək.