Futzal üzrə Azərbaycan yığma komandası bu gün DÇ-2024-ün elit mərhələsində növbəti oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, Vitali Borisovun çalışdırdığı komanda A qrupunun favoriti sayılan Qazaxıstanla üz-üzə gəlib. Azərbaycan millisi hesabda 2:0 öndə olsa da üstünlüyünü sona qədər qoruya bilməyibi, yekunda 2:3 hesabı ilə uduzub.
Astanadakı Jekpe-Jek Sarayında keçirilən matç Bakı vaxtı ilə saat 18:00-da başlayıb.
Bu komandaların oktyabrın 7-də Bakıda keçirilən qarşılaşmada Qazaxıstan millisi 4:2 hesablı qələbə qazanmışdı.
Millimiz hazırda 3 xalla qrupda 3-cü, Qazaxıstan isə 12 xalla liderdir.