Futzal üzrə Qazaxıstan millisi 2024-cü il dünya çempionatının elit-raund mərhələsinin A qrupunun 3-cü və 4-cü turlarının Azərbaycan yığması ilə Bakıda (6 oktyabr) və Astanada (11 oktyabr) keçirəcəkləri oyunlar üçün heyəti açıqlayıb.
Offsideplus.az xəbər verir ki, milliyə 16 futzalçı dəvət edilib:
Qapıçılar: İgita, Narun Serikov, Kanat Jetkirbaev;
Meydan oyunçuları: Duqlas, Edson, Birjan Orazov, Dauren Tursaqulov, Albert Akbalikov, Çingiz Yesenamanov, Raiyımbek Juma, Akjol Daribay, Azat Valiullin, Rasul Abdumanapuli, Arnold Knaub, Oljas Taybasarov, Leo
Əlavə edək ki, Bakı İdman Sarayında baş tutacaq görüş saat 20:00-da başlayacaq.