Bu gün “Romeo lamandi” arenada 1 saat məşq keçən futzalçılarımız taktiki tapşırıqları yerinə yetirib, bir neçə standart vəziyyət üzərində işləyib.

Offsideplus.az xəbər verir ki, məşqdən əvvəl Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov futzalçılarla görüşüb, komandanın problemləri ilə maraqlanıb, federasiya rəhbərliyinin tapşırıqlarını çatdırıb və qarşıdakı oyunda millimizə uğurlar arzulayıb.

Qeyd edək ki, Rumıniya – Azərbaycan oyunu sentyabrın 15-də, Bakı vaxtı ilə saat 19:30-da keçiriləcək və CBC Sport-la canlı yayımlanacaq.