"Artıq danışmağa ehtiyac yoxdur. Millinin çıxışı göz qabağındadır".

Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Mahir Şükürov deyib.

O, millinin Maltaya məğlubiyyəti ilə bağlı danışıb:

"Mediada və sosial şəbəkələrdə milli ilə bağlı çox danışdılar. Mən nəsə desəm, yenə də Mahir danışdı deyəcəklər. Ona görə də lazım deyil".

Veteran futbolçu yığmaya dəvət olunan oyunçular haqda da fikrini bildirib:

"Hamı bilir ki, milliyə futbolçuları De Byazi çağırmır. Baş məşqçi iki ildir buradadır və indi deyir ki, yığmaya təcrübəli futbolçular çağrılmalıdır. İtaliya millisini müdafiə xəttinə baxın da, Kyellinin 37, Bonuççinin 34 yaşı var".

Cavid Əliyev