"Danışmaq çətindir. Bizim üçün çox pis oyun oldu".
Bu sözləri Offsideplus.az-a açıqlamasında "Keşlə"nin brazilyalı futbolçusu Felipe Santos deyib.
25 yaşlı oyunçu ölkə kubokunda "Qarabağ"a ( 6:0 ) məğlub olduqları hesabın gözlənilməz olduğunu bildirib:
"Bu hesab bizim üçün gözlənilməz oldu. Rəqib birinci qolu vurduqdan sonra komandada balans pozuldu. Qolları tez buraxmağımız bizi pis vəziyyətə saldı. Hətta "Qarabağ"ın bəzi futbolçuları da dedi ki, bu hesabı gözləmirdik".
O, 16-cı turda "Neftçi"yə qarşı keçirəcəkləri oyun barədə də fikirlərini bölüşüb:
"Oyun qrafikimiz çox çətindi. İndi də "Neftçi"yə qarşı ağır matçımız var. Amma toparlanıb, bu vəziyyətdən çıxmalıyıq. Yalnız yaxşı nəticələrlə azarkeşlərimizi sevindirə bilərik".
Cavid Əliyev