“Bavariya”nın baş məşqçisi Yupp Haynkes Çempionlar Liqasıyla bağlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, 72 yaşlı mütəxəssis Almaniya mətbuatına açıqlamasında qitənin ən nüfuzlu klub turnirində rəqabətin hər keçən il bir az da artdığını deyib:

“Artıq futbolda rəqabət dəyişib. Hazırkı komandam 2012/13 mövsümündə çempion olmuş komandadan daha güclüdü. Ancaq hazırda ÇL-də oynayan 5 İngiltərə klubu transferlərə 3 milyard avro xərcləyib. Bu turniri sonuncu dəfə 2013-cü ildə qazanmışıq, indi heyətimiz daha yaxşıdı. Ancaq bu, mütləq çempion olacağımız demək deyil. Bu mövsümdə rəqabət daha yüksəkdi”.

Xatırladaq ki, “Bavariya” ÇL-in 1/8 final mərhələsinin ilk oyununda “Beşiktaş”ı 5:0 hesabıyla məğlub edib.