Xorvatiya yığmasının futbolçusu İvan Perişiç karyerasını Almaniyada davam etdirəcək.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, İtaliya “İnter”i 30 yaşlı yarımmüdafiəçini “Bavariya”ya icarəyə verib. Münhen təmsilçisi onu transfer etmək hüququna da malik olacaq.

Qeyd edək ki, Perişiç ötən mövsüm “İnter”in heyətində 45 oyuna 9 qol vurub. Klubu ilə 2022-ci ilin 30 iyununadək müqaviləsi olan yarımmüdafiəçinin illik maaşı 4 milyon avro təşkil edir.