Azərbaycan Basketbol Liqasında (ABL) ikinci dövrə başa çatıb. 

Offsideplus.az xəbər verir ki, 10-cu turun son oyun günündə A qrupunda "Sərhədçi" NTD-ni məğlub edib: 78:64. 

B qrupunda isə "Şəki" 111-82 hesabı ilə "Lənkəran"a, "Ordu" klubu isə 81-74 hesabı ilə "Quba"ya qalib gəlib. "Gəncə" evdə "Sumqayıt"ı 98-79 hesabla məğlubiyyətə uğradıb.

 Qeyd edək ki, "A" qrupuna "Sabah", "B" qrupuna isə "Gəncə"dən bir oyun artıq keçirmiş "Ordu" klubu liderlik edir.