DÇ-2024-ün elit-raun mərhələsində növbəti oyununu oktyabrın 11-də Astanada Qazaxıstan yığmasına qarşı keçirəcək Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Offsideplus.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakıdakı matçda sarı vərəqə alaraq cəzalı duruma düşən Felipinyo səfərə aparılacaq heyətdən kənarlaşdırılıb, əvəzində “Neftçi” İK-nın üzvü Amir Sojaei komandaya dəvət olunub.
Məlumat üşün qeyd edək ki, Azərbaycan millisi oktyabrın 9-da Bakı-Astana hava reysi ilə səfərə çıxacaq. Baş məşqçi Vitali Borisov Qazaxıstanla oyunda 14 futzalçıldan istifadə edəcək:
Qapıçılar: Emin Kürdov, Rövşən Hüseynli.
Oyunçular: Eduardo Borges, Novruz Kazıxanov, Rafael Vilela, Amadeu, Xəzər Ağalızadə, Qabriel Bastos, Maneka, Hadi Ahmadi, Xətai Bağırov, Qallo, Murad Quluzadə, Amir Sojaei.
Qarşılaşma isə oktyabrın 11-də Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək.