Futzal üzrə Ermənistan və Gürcüstan yığmaları DÇ-2024-ün seçmə mərhələsinin elit-raundunun E qrupunda Portuqaliya və Finlandiya ilə mübarizə aparır.
Offsideplus.az xəbər verir ki, üç turdan sonra Finlandiya və Portuqaliyanın futzal federasiyaları heyətində braziliyalıların həddindən artıq milliləşdirilməsi səbəbindən Ermənistan və Gürcüstana qarşı birgə iddia qaldırıb.
UEFA isə həmin iddianı təmin edib və onlara texniki məğlubiyyət vermək niyyətindədir. Ermənistan millisi Finlandiya ilə görüşdə 7 braziliyalı və 2 rusiyalının, Portuqaliya ilə matçda isə 4 braziliyalı və iki rusiyalının xidmətindən istifadə edib. İlk oyundan fərqli olaraq, braziliyalılar - Paradinski, Zanotto və Rozenski, böyük ehtimalla, texniki məğlubiyyətdən yayınmaq üçün Portuqaliya ilə matçlara daxil edilməyib.
Gürcüstan millisində də vəziyyət fərqli deyil. Bu komandanın heyətində 9 milliləşdirilmiş braziliyalı var. UEFA-nın Ermənistan və Gürcüstan yığmalarını ilk iki turda 0:5 hesabı ilə texniki məğlubiyyət veriləcəyi gözlənilir.
Beləliklə, Ermənistan - Finlandiya (1:2) və Ermənistan - Portuqaliya (5:6) görüşləri ləğv oluna bilər. Lakin Gürcüstan - Ermənistan (2:1) matçının taleyi hələ ki, məlum deyil. Xatırladaq ki, oktyabrın 12-də Ermənistan səfərdə Portuqaliya ilə qarşılaşacaq.
Bu məsələlərdən sonra UEFA-nın futzalda oyunçuların milliləşdirilməsi ilə bağlı qaydaları sərtləşdirəcəyi ehtimal edilir. Əslində, Azərbaycan millisinin də əsasını legionerlər təşkil edir. Bəs, yığmamızı hansısa təhlükə gözləyir? “Relevo” portalı məsələni araşdırdıqdan sonra bunları yazıb:
"İndiyə qədər istər FİFA, istərsə də UEFA Avropanı təmsil edən futzal millilərində həmin ölkə ilə kökü olmayan oyunçuların (əsasən Braziliyada doğulmuş) milliləşdirilməsi ilə bağlı məsələdə fərqli fikirdə idilər. İtaliyanın 2004-cü il Dünya çempionatında 12 milliləşdirilmiş oyunçusu ilə tarixə düşmüşdü. Həmin oyunçulardan cəmi ikisinin İtaliya ilə əlaqəsi var idi. Təmsil etdikləri ölkə ilə heç bir kökü olmayan braziliyalı oyunçular Qazaxıstan və ya Azərbaycan yığmasında da var ki, bu da mübahisələr yaradıb. Ancaq indiyə qədər heç bir ölkə kütləvi milliləşdirilmə ilə bağlı müzakirəyə girməyib. Xüsusən də Avrasiya ölkələrində yaşayış icazəsi belə tələb olunmadan, idman maraqlarını əsas gətirərək pasport verərək oyunçuları milliləşdirirlər. UEFA-nın intizam komitəsi, Portuqaliyanın Ermənistanı 6:5 hesabı ilə məğlub etdiyi görüşdə ermənilərin dörd braziliyalı, iki rusiyalının xidmətindən yararlanması ilə bağlı da qərar qəbul edəcək. Avropa futbolunun ali orqanını, qərarı uzun illərdir başa düşülən yolverilməzlikdən sonra yarışların bütövlüyünü təmin etmək üçün nümunəvi tədbir görməyi planlaşdırır".
2024-cü il dünya çempionatının seçmə mərhələsinin elit-raund mərhələsi üçün Ermənistan futzal komandasının heyəti:
Luan Müller Barbosa – “Palma Futsal” (İspaniya)
Albert Aqacanov- “Sib-Tranzit” (Rusiya)
Artyom Zakaryan - "İrəvan"
Vladimir Sanosyan – “Norilsk Nikel” (Rusiya)
Rodriqo Barbosa do Prado – “Norilsk Nikel” (Rusiya)
Artur Melkonyan – “Uxta” (Rusiya)
Denis Nevedrov – “Tümen” (Rusiya)
Nikita Xromıx – “Torpedo” (Rusiya)
Arseni Petrosyan - "Novaya Qeneraçiya” (Rusiya)
Gevorq Mnatsakanyan - "Novaya Qeneraçiya” (Rusiya)
Joao Gilyerme Karvalyo – “Qazprom-Yuqra” (Rusiya)
Sargis Marqaryan - "Viten" (Belarus)
Viktor Seyi Martins de Souza – “Plzen” (Çexiya)
Lukas Rozenski - “Ayat” (Qazaxıstan)
Felipe Paradinski – “Uxta” (Rusiya)
Julio Zanoto – “Norilsk Nikel” (Rusiya)
Qaregin Maşumyan - "Leostandkoin"
Rafik Melikyan - "İrəvan"