Beşiktaş  Liverpool-dan icarəyə götürdüyü Loris Kariusu geri qaytara bilər.

Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi almaniyalı qolkiperin çıxışından narazıdır. Məhz bu səbəbdən İstanbul təmsilçisi Kariusla müqaviləni vaxtından əvvəl pozmaq istəyir. "Qara qartallar" əvəzində isə Liverpool-dan Divok Oricini icarəyə götürmək niyyətindədir. 

Xatırladaq ki, Kariusun Beşiktaş-la icarə müqaviləsinin müddəti 2 illikdir.