Bu gün Qəbələ-nin 18 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının Çempionlar Yolunun I mərhələsində cavab oyununa çıxacaq.

Offsideplus.az məlumatına görə, "qırmızı-qaralar" Moldovada Seriff-in qonağı olacaq. Tiraspolda Seriff stadionunun kiçik arenasında təşkil ediləcək qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Görüşü Timofeo Kristofinin rəhbərliyi altında kiprli hakimlər briqadası idarə edəcək.

Bu komandalar arasında oktyabrın 3-də Qəbələ şəhər stadionunda keçirilmiş matç heç-heçə ilə nəticələnib - 1:1. Cütün qalibi növbəti mərhələdə Hertha (Almaniya) – Lecx (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.

UEFA Gənclər Liqası

Çempionlar Yolu

I mərhələ, cavab oyunu

16:00. Seriff (Moldova) - Qəbələ (Azərbaycan)

Hakimlər: Timofeos Kristofi, Giorgos Savva, Andreas Mixailidis (hamısı Kipr), İon Orlik (Moldova)

Tiraspol. “Şerif” stadionunun kiçik arenası

İlk oyun – 1:1.