Keşlə yığma komandanın oyunları ilə əlaqədar çemponatda yaranan fasilədən istifadə edərək yoxlama oyunu keçirəcək. 

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi oktyabrın 13-də Birinci Divizion təmsilçisi MOİK-lə qarşılaşacaq.

“ASK Arena”da baş tutacaq oyunun başlama saatı dəyişdirilb. Paytaxt klubunun mətbuat xidmətindən verilən məlumata görə, yoxlama matçı saat 16:00-da yox, 19:00-da başlayacaq.