"Neftçi" ukraynalı  futbolçu Andrey Ştoqrini transfer edib.

Offsideplus.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Qeyd olunub ki, vinger bu gün Bakıya gələcək və "ağ-qaralar"la 3 illik müqavilə imzalayacaq.

Onun son klubu  "Çernomorets" olub. 25 yaşlı oyunçu ötən mövsüm 34 oyunda 12 qol və 5 nəhsuldar ötürmə ilə yadda qalıb.