"Kəpəz" yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə klubu Küveytin "Əl-Yarmuk" komandası ilə qarşılaşıb.

Matç "sarı-göylər"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Kəpəz" daha əvvəl "Turan Tovuz"a (0:4) və "Şamaxı"ya (1:2) uduzub.