"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisi albaniyalı Redon Mihana ilə müqavilə imzalayıb.

Onunla 2 illik razılıq əldə olunub.

Mihana yarımmüdafiənin hər iki cinahında oynaya bilir. Karyerasında ilk dəfə legioner həyatı yaşayan futbolçu son olaraq ölkəsinin "Erzeni" klubunda çıxış edib.

Mihana Abaniyanın U-21 millisinin də şərəfini qoruyub.