Yeni mövsümün hazırlıqlarını davam etdirən "Sumqayıt" yoxlama oyununda qüvvəsini sınayıb.

Offsideplus.az xəbər verir ki, "kimyaçılar" Super Liqa təmsilçisi "Adana Demirspor"la üz-üzə gəlib.

Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Azərbaycan təmsilçisinin qollarını Nikola Vuynoviç və Rəhim Sadıxov vurub.

Xatırladaq ki, Samir Abbasovun komandası Ankaranın Qızılcahamam bölgəsində hazırlıqlarını davam etdirir.