U-16 Liqasında final oyunu keçirilib.
Offsideplus.az xəbər verir ki, “ASCO Arena”da baş tutan həlledici qarşılaşmada "Neftçi" "Qarabağ"la qarşılaşıb.
Matç "ağ-qaralar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hər iki qolu Elnur Abdullayev vurub.
Adıçəkilən oyunçu həmçinin 56 qolla liqanın bombardiri olub.