Millətlər Liqası çərçivəsində dekabrın 1-də səfərdə Kipr, 5-də isə “Dalğa Arena”da Farer adaları yığması ilə qarşılaşacaq qadın futbolçulardan ibarət Azərbaycan millisinin iki oyun üçün heyəti açıqlanıb.
Offsideplus.az xəbər verir ki, millimiz qeyd olunan oyunlara hazırlıq məqsədilə noyabrın 27-dən Kiprdə təlim-məşq toplanışına başlayacaq. Heyətə aşağıda adları qeyd olunan futbolçular çağırılıb:
Şərifova Aytac "Trabzonspor (Türkiyə), Əliyeva Nərgiz ("KDZ Eregli Spor" Türkiyə), İsmayılova Günay, Mollayeva Manə, Əliyeva Coşqunə, Teymurova Firəngiz, Rəhimova Milana, Əliyeva Aysun (hamısı "Neftçi"), Mirzəliyeva Nigar ("Zenit" Rusiya), Məmmədova Kamilla ("Doğuş Gold Asya Spor" Türkiyə), Hacıyeva Nərgiz "Trabzonspor" Türkiyə), Əhmədova Ayşən (PAOK Yunanıstan), Bakarandze Kristina ("Qalatasaray" Türkiyə), Məmmədova Diana, Dorofeyeva Alina (hər ikisi "Yenisey" Rusiya), Manya Esra ("Beşiktaş" Türkiyə), Seyfəddinova Vüsalə ("Fomget GSK" Türkiyə), Acar Yeliz, Bozdağ Peritan (hər ikisi "Fatih Vətən" Türkiyə), Cəfərzadə Sevinc ("Krasnodar" Rusiya ), Rəhimova Sona ("Girəsun Sanayispor" Türkiyə), Məhsimova Jalə ("Amedspor" Türkiyə), Cəfərova Fidan ("Baku Juniors Football Club")