Azərbaycan yığmasının və “Qarabağ” klubunun futbolçusu Bəhlul Mustafazadə doğma rayonu İmişlinin II Liqadakı təmsilçisi “Kür-Araz” komandasına yardım edib.

Offsideplus.az xəbər verir ki, aşağı liqa klubunun mətbuat xidməti məlumat yayıb. Bəhlul komandanın üzvlərinə buts və qapıçı əlcəyi hədiyyə edib.

Qeyd edək ki, Bəhlul Mustafazadənin atası Ələmdar Mustafayev “Kür-Araz”ın baş məşqçisidir.