Adama Diakabi müqaviləni qarşılıqlı razılaşma əsasında pozmaqla bağlı "Qarabağ" rəhbərliyinin təklifini geri çevirib.

Offsideplus.az Sportinfo.az-a istinadən xəbər verir ki, bu ilin əvvəlində Azərbaycana gələn fransalı hücumçu ayrılmağa hazırlaşmadığını klub mənsublarının diqqətinə çatdırıb. "Monako"nun məşhur yetirməsi yeni komanda axtarışına çıxdığını, lakin hələ uyğun variantla qarşılaşmadığını bildirib. 30 yaşlı legioner qış fasiləsində də real təklif almasa, mövsümün sonunadək "Qarabağ"da qalacağını söyləyib.

Diakabinin "Qarabağ"la müqaviləsi 2025-ci il iyunun 30-da başa çatacaq.Azərbaycan çempionu adını Avropa Liqasının qrup mərhələsinin iştirak ərizəsinə daxil etməyib. Qurban Qurbanov əsas heyətə düşməyən əcnəbinin xidmətinə avrokuboklarda ehtiyac duymayıb. O isə bundan tam ruhdan düşməyib. Diakabi inanır ki, qarşıdakı 3 ayda özünü ölkədaxili yarışlarda göstərsə, baş məşqçinin onunla bağlı baxışlarını dəyişə biləcək.