"Neftçi"nin zədələnən qapıçısı Aqil Məmmədovun vəziyyəti yaxşılaşıb.

 34 yaşlı qolkiper artıq Sankt-Peterburqda komanda ilə birgə məşqlərdə iştirak edir. Bu barədə məlumatı Offsideplus.az-a təcrübəli "əlcək sahibi" özü verib.

"Aldığım ağır zədədən sonra müalicəm yaxşı keçdi. Artıq məşqlərə qayıtmışam. Hər şey qaydasındadır".

Xatırladaq ki, 34 yaşıı Məmmədov "PARİ Premyer Kuboku"nun aşılış matçı olan "Zenit"lə görüşdə rəqiblə toqquşmadan sonra epiqastral nahiyəyə kəskin zərbə alıb. Bundan sonra xəstəxanaya yerləşdirilən, hərtərəfli müayinə olunan futbolçuya həkimlər məşq etməyə icazə vermirdilər və o, Bakıya göndərilmişdi.

Əlavə edək ki, "Neftçi" sözügedən yarış çərçivəsində son oyununu iyulun 15-də Türkiyənin "Fənərbağça" klubuna qarşı keçirəcək. "Smena" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. 

Daşqın Əziz