Bakıda təlim-məşq toplanışını davam etdirən çimərlik futbolu üzrə Azərbaycan yığma komandası hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Su İdman Sarayının çimərlik meydançasında Türkiyə yığmasına qarşı keçirilmiş oyunun əsas vaxtı 4:4 hesabı ilə bitib.

Penalti seriyasını daha dəqiq yerinə yetirən Türkiyə millisi yekunda 5:4 hesablı qələbə qazanıb.

Ramil Əliyevin dubl etdiyi oyunda millimizin digər qollarını Comərd Baxşəliyev və İsa Zeynallı vurub.

Bu komandalar arasında iki gün əvvəl keçirilmiş ilk oyun 6:5 hesabı ilə Türkiyə millisinin xeyrinə nəticələnmişdi.