“Qarabağ”ın əvəzedici komandasının məşq zamanı halı pisləşən futbolçusu Şirxan Həsənzadə vəfat edib.
Offsideplus.az xəbər verir ki, bu barədə Pressing.az məlumat yayıb.
22 aprel tarixində Şirxan Həsənzadənin məşq zamanı ürəyi dayanmış, təcili tibbi yardımın köməyi ilə dərhal xəstəxanaya çatdırılmışdı.
Qeyd edək ki, o, Azərbaycan U-21 millisinin də üzvü idi.