"Şamaxı" klubu Misli Premyer Liqasının 33-cü turunda doğma meydanda "Zirə"yə 0:3 hesabı ilə məğlub olub.

Offsideplus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında bölgə təmsilçisinin baş məşqçisi Vüqar Əsgərli oyunla bağlı fikirlərini bölüşüb:

"Oyun hər iki komanda üçün önəmli idi. "Zirə" avrokuboklar zonasından qopmaq istəmirdi, biz də Premyer Liqada qalmaq istəyirik. Təəssüf ki, zəif oynayıb məğlub olduq. Çətin olsa da, toparlanıb yolumuza davam edəcəyik".