Misli Premyer Liqasında 31-ci tura start verilib.

 Turun açılış matçı Şamaxı şəhər stadionunda baş tutub. Yerli komanda "Kəpəz"lə qarşılaşıb. Görüş 1:1 hesabı ilə yekunlaşıb. Bu günə nəzərdə tutulan qarşılaşmalardan biri - "Qarabağ" - "Sabah" oyunu isə saat 20:00-da start götürəcək.

Sabah da iki görüş keçiriləcək. "Turan Tovuz" doğma divarlar arasında liderlərdən "Sabah"ı sınağa çəkəcək.

Qərb təmsilçisinin yarımmüdafiəçisi Ehtiram Şahverdiyev Offsideplus.az-a açıqlamasında sıx qrafikdə olduqlarını və "Sabah"la matça yaxşı nəticə qazanmağa çıxacaqlarını bildirib:

"Sabah"la oyuna hər matça hazırlaşdığımız kimi hazırlaşırıq. Sıx qrafikdəyik, amma buna baxmayaraq, çalışacağıq ki, yaxşı oyun sərgiləyib, nəticə qazanaq. Bizi çox ağır oyun gözləyir, bunun fərqindəyik. İnşallah, əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, qarşılaşma sabah saat 16:00-da başlayacaq.

Daşqın Əziz