Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib. "Qəbələ" "Səbail"i qəbul edib.

"Qəbələ" bu oyunda əzmkar qələbə qazanıb - 3:2. İlk iki qolu qonaqlar vursa da, "qırmızı-qaralar" rəqb qapısından 3 top keçirərək qalib gəlməyi bacarıb. Bu komandalar arasında cavab oyunu aprelin 27-i olacaq.

Qeyd edək ki, sabah yarımfinalın digər ilk oyunu - "Turan-Tovuz" - "Neftçi" görüşü keçiriləcək.

Azərbaycan Kuboku, yarımfinal 

İlk oyunlar

18 aprel (çərşənbə axşamı)

18:00. “Qəbələ” – “Səbail” 3:2 

Qol: İlkin Muradov, 8, Emil Martinov, 21, Rafael Utziq, 37, 65, Felipe Santos, 74
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Fərid Hacıyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Emin Cəfərov
Qəbələ şəhər stadionu.