Bu gün AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib.
Offsideplus.az "Report"a istinadən xəbər verir ki, iclasda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün ilk iki oyunu ilə bağlı hesabat verib. Bundan əlavə, digər məsələlər də müzakirəyə çıxarılıb.
İtaliyalı mütəxəssis yığıncağı İK üzvlərindən bir saat əvvəl tərk edib. Yekun qərarların yaxın saatlarda açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsinin ilk iki oyununda Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə məğlub olub.