Qadın futbolçulardan ibarət komandalar arasında aprelin 8-də və 11-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Türkiyə yoldaşlıq oyunlarını idarə edəcək hakimlər bəlli olub.

Offsideplus.az xəbər verir ki, aprelin 8-də keçiriləcək qarşılaşmanı Gürcüstandan, 11-də təşkil olunacaq oyunu isə Rumıniyadan olan FİFA referiləri idarə edəcək:

Azərbaycan – Türkiyə
8 aprel. Dalğa Arena. Saat 16:00
Hakimlər: Teona Sturua, Katuna Maisuradze, Ketevan Qaiparaşvili
Dördüncü hakim: Fəridə Lütfəliyeva

Azərbaycan – Türkiyə
11 aprel. Dalğa Arena. Saat 16:00
Hakimlər: Kristina Mariana Trandafir, Elena Mihaila Tepusa, Roxana İvanov
Dördüncü hakim: Fəridə Lütfəliyeva