"Turan Tovuz" klubunun rəsmi Feysbuk səhifəsinin rəy bölməsi qapadılıb.

Offsideplus.az xəbər verir ki, Misli Premyer Liqasının 28-ci turu çərçivəsində bu gün doğma divarlar arasında "Sumqayıt"a 2:3 hesabıyla uduzan tovuzluların rəsmi səhifəsinin rəy bölməsi matçdan sonra bağlanıb.

Qərb təmsilçisinin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransında səsləndirdiyi fikirləri paylaşan klub səhifəsi izləyicilərin bu postun şərh bölməsinə yazmağını labüd hesab etməyib.

tura

Offsideplus.az