“Zirə” klubu qış fasiləsindəki ilk transferini reallaşdırıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Vladislav Kulaçla 1,5 illik müqavilə imzalayıb.
Ukraynalı futbolçunun "Transfermarkt"dəki hazırkı dəyəri 700 000 avrodur. Mərkəz hücumçusu olan Kulaç, sağ cinah mövqeyində də çıxış edə bilir.
Vladislav Kulaçın son klubu Ukrayna “Dinamo”su (Kiyev) olub. Futbolçu 2022-ci ilin iyul-sentyabr aylarında zədə səbəbindən yaşıl meydanlarda uzaq qalıb.
O, həmçinin ölkəsinin “Şaxtyor” (Donetsk), “Mariupol”, “Metallurq” (Zaporojye), “Stal”, “Zorya”, “Vorlska”, “Oleksandriya”, həmçinin, Türkiyənin “Eskişehirspor” və Macarıstanın “Honved” klublarında çıxış edib.
30 yaşlı hücumçu Ukrayna millisinin U-18, U-19 və U-21 komandalarında çıxış edib.