Xorvatiyanın qadınlardan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Offsideplus.az xəbər verir ki, Türkiyənin “Gaziantep Asya Spor” klubunun üzvü Alina Nəhmədovanın əvəzinə millinin heyətinə İOEUGİM-də çıxış edən Fatimə Əhmədova dəvət olunub. 

Qeyd edək ki, sözügedən görüşlər noyabrın 10-da və 13-də “Dalğa Arena”da keçiriləcək.