Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin və "Səbail" klubunun qapıçısı Emil Balayev Misli Premyer Liqasının 9-cu turu çərçivəsində "Sumqayıt"la keçirilən oyunda (1:0) sıradan çıxıb.

 Dizindən xəsarət alan 28 yaşlı qolkiper matçın 75-ci dəqiqəsində Hüseynəli Quliyevlə əvəzlənib.

Bəs hazırda onun durumu necədir?

Offsideplus.az-a açıqlama verən "dənizçilər"in mətbuat katibi Sənəm Fərhadlı ciddi problemin olmadığını və Balayevin kiçik zədəsini bərpa etdiyini söyləyib.

Qeyd edək ki, adıçəkilən futbolçu bu ilin iyulunda "Səbail"ə keçib.

Offsideplus.az