Misli Premyer Liqasının 9-cu turunda "Neftçi" ilə oyunda zədələnən Ehtiram Şahverdiyevin son durumu bəlli olub.

36 yaşlı yarımmüdafiəçinin son vəziyyəti barədə klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev Offsideplus.az-a danışıb:

"Durumu normaldır, bu gün məşqə qatılması gözlənilir. Oyundan sonra xəstəxanada tomoqrafiya müayinəsindən keçmişdi, ciddi xəsarəti yoxdur".

Xatırladaq ki, Ehtiram qolsuz heç-heçə ilə başa çatan oyunun 58-ci dəqiqəsində ikili mübarizə zamanı zədə alıb. Futbolçu meydanı xərəkdə tərk edib. Onun əvəzinə meydana Abbas Ağazadə daxil olub.