Bəxtimiz gətirmədi ki, 5 komandalı qrupa düşdük.

Offsideplus.az xəbər verir ki, bu sözləri İctimai Radioda yayımlanan “İdman gündəliyi” verilişinə açıqlamasında milli komandanın köməkçi məşqçisi Arif Əsədov deyib.

Arif Əsədov 6 komandalı qrupda millimizin daha çox xal qazanma ehtimalının olduğunu vurğulayıb. O, həmçinin, Estoniya ilə oyunlarda millinin hədəfinin minimum 4 xal olduğunu qeyd edib.

Qeyd edək ki, millimiz “Avro-2024”ün seçmə mərhələsində Belçika, Avstriya, İsveç və Estoniya ilə birgə F qrupunda mübarizə aparacaq.