Misli Premyer Liqasında ən çox ötürmə verən komandalar məlum olub.

Offsideplus.az Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CIES) rəsmi saytına istinadən xəbər verir ki, siyahıya çempionatın lideri "Qarabağ" başçılıq edir.

"Köhlən atlar"ın hər matçda ortalama 584 ötürmə edib. Dəqiqlik isə 86,8 faiz olub. "Neftçi" (536 ötürmə, 85 faiz dəqiq) bu göstəriciyə görə 2-ci, "Qəbələ" (500, 83,9 faiz) 3-cü pillədə qərarlaşıb.

Növbəti sıralarda "Sabah" (478, 83,2 faiz), "Zirə" (471, 85,9 faiz), "Kəpəz" (436, 84,5 faiz), "Sumqayıt" (407, 79,4 faiz), "Səbail" (368, 79,4 faiz), "Şamaxı" (361, 79,1 faiz) və "Turan Tovuz" (319, 78,3 faiz) yer alıb.