I Divizionda mübarizə aparan "İmişli" komandasına texniki məğlubiyyət verilib.
Offsideplus.az xəbər verir ki, AFFA İntizam Komitəsinin bugünkü iclasından sonra bununla bağlı qərar verilib.
I Divizionun II turunun “İmişli” – “Araz Naxçıvan” oyununda “İmişli” klubunun heyətində adı protokolda olmayan oyunçu matçda iştirak etdiyi üçün hesab olduğu kimi saxlanılmaqla “İmişli” komandasına texniki məğlubiyyət verilib.
Klub isə 400 manat cərimələnib.