"Qarabağ" futbolçusu İbrahima Vadji ilə vidalaşıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu karyerasını Fransanın "Sent Etyen" komandasında davam etdirəcək. Ağdam təmsilçisi göstərdiyi xidmətlərə görə Vadjiyə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, 2021-ci ildə "Qarabağ"a keçən seneqallı futbolçu 36 oyunda 20 qol vurub və 4 məhsuldar ötürmə edib.