Misli Premyer Liqasının üçüncü turunun "Şamaxı" - "Səbail" matçından (1:1) sonra ev sahiblərinin baş məşqçisi Vüqar Əsgərli mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, o, oyun barədə bunları deyib:

"Azarkeşlərə yaratdıqları atmosferə görə təşəkkür edirik. Onlar möhtəşəm idilər. Üç oyundur ki, komandamız əzmkarlıq göstərir, amma qalib gələ bilmirik. Hazırlıq üçün qısa vaxtımız var idi. Çünki oyunlar arasında zaman çox deyildi. Rəqibi yaxşı analiz etmişdik. Cərimə meydançasında yaxşı çoxala bilirdik, ancaq tələskənlik olurdu. Bunu da zaman keçdikcə inkişaf etdirəcəyik. Vaxt lazımdır, gənc və perspektivli futbolçulara sahibik. Onlara inanmalıyıq, şans vermişik. Futbolçularımıza təşəkkür edirəm ki, bu cür oyun göstərdilər".

Əsgərli "Səbail"lə matçda buraxılan qolda kobud səhvə yol verən Fuad Bayramov haqda isə bunları söyləyib:

"Komandada olan futbolçuların hamısı bizim üçün əhəmiyyətlidi. Bir səhvə görə Fuad Bayramovu və ya başqasını silib atmaq olmaz. Ona dəstək olmalıyıq. Səhv edə-edə yaxşı yerlərə gələcəklər. Oyundan sonra özü ilə də danışdıq ki, səhvdir, onsuz mümkün deyil. Komanda olaraq da oyundan-oyuna artıracağıq. Hazırlıq dövrümüz də qısa çəkib. Futbolçular məşqdə əzmkarlıq göstərirlər, hamısı oynamaq istəyir. Daha yaxşı “Şamaxı”görəcəksiniz".