"Bizi tək buraxmadıqlarına görə azarkeşlərimizə təşəkkür edirəm. Uzaq yol qət edib Qəbələyə gəldilər. Azərbaycan futbolunda özünəməxsus yeri olan "Qəbələ"yə qarşı oynadıq. Onların oturuşmuş kollektivi, bizim isə gənc heyətimiz var. Bunu hər dəfə qeyd edirəm. Sadəcə olaraq, bizə vaxt lazımdır. İkinci yarıda istədiyimizə hardasa nail ola bildik. Yolumuzu davam etdirəcəyik".

Offsideplus.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının ikinci turunun "Qəbələ" - "Şamaxı" matçından sonra qonaq komandanın baş məşqçisi Vüqar Əsgərli deyib.

Gənc mütəxəssis komandanın hədəflərindən də söz açıb: "Hədəfimiz hamıya bəllidi. Rəhbərliyin qarşımıza qoyduğu məqsəd odur ki, gənc futbolçuların oynamasına şərait yaradıb, onları inkişaf etdirək. Hazırda hesab bizim üçün o qədər də önəmli deyil. Buna baxmayaraq, məğlubiyyətin acısını çəkirik. "Qəbələ"yə qarşı ilk 20 dəqiqədə üç qol buraxmaq ani diqqətsizlikdən sonra oldu. "Qəbələ"də yerli və xarici zəngin təcrübəyə malik futbolçular var. Onlar şanslardan istifadə etdilər.

- Əkpər Vəliyevin durumu nə yerdədir? 

- Hələ ki, yaxşıdır. Ola bilər ki, bu gün onu Bakıya yola saldıq.(sportal.az)