Futbol üzrə Azərbaycan yığması Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında yarımfinal oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, komandamız “19 iyul” stadionunda təşkil olunmuş qarşılaşmada Türkiyə millisi ilə qarşılaşıb. Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 43-cü dəqiqədə Məhəmməd Gümüşkaya vurub. Bu qələbə sayəsində Türkiyə millisi finala çıxıb. 

Digər yarımfinal görüşündə Səudiyyə Ərəbistanı Əlcəzairə 2:1 hesabıyla qalib gəlib. 

Beləliklə, avqustun 16-da baş tutacaq finalda Türkiyə və Səudiyyə Ərəbistanı yığmaları üz-üzə gələcək. Azərbaycan millisi isə 3-cü yer uğrunda görüşdə Əlcəzairlə üz-üzə gələcək.